“YouTube” yenə çökdü

 04:55 11.02.2020     3295

“Youtube” videokanalı çöküb.

Redaktor.az xəbər verir ki, məşhur “Youtube” videohostinqi yenə çöküb.

Dünyanın bir çox ölkələrində kanal istifadəçiləri videolara baxa, bəzi istifadəçilər isə öz hesablarına daxil ola bilmir.

Problem Azərbaycanda da yaşanmaqdadır. Belə ki, saat 17:24-dən etibarən Azərbaycanda da istifadəçilər adıçəkilən sosial media platformasında videoların izlənməsində məhdudiyyətlərlə qarşılaşıb.

Qeyd edək ki, problem tam olaraq aradan qaldırılmayıb.