Elektron Sənədlər Mərkəzi yaradılacaq

 20:52 12.02.2020     2985

Milli Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzi yaradılacaq.

Redaktor.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.

Sənədə əsasən, Milli Arxiv İdarəsi 2023-cü ilə qədər mövcud şəbəkə, ştat və ayrılmış vəsait çərçivəsində daimi dövlət mühafizəsinə qəbul edilən elektron sənədlərin mühafizəsi, uçotu və istifadəsi məqsədilə Milli Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzinin yaradılmasına dair təkliflər hazırlamalıdır. //APA