“WhatsApp” yeni rekorda imza atdı

 09:35 14.02.2020     3228

Redaktor.az xəbər verir ki, bu barədə tətbiqin rəsmi veb saytında yayımlanan açıqlamada bildirilir.

“Bu gün dünyada 2 milyard insanın “WhatsApp” tətbiqindən istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”, – məlumatda belə deyilir.

“WhatsApp” rəhbərliyi mesajlaşma yolu ilə ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələnməsi üsulundan istifadə edildiyini bildirir.

Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi imkanı verən və səsli rabitəni dəstəkləyən pulsuz bir xidmətdir. 2014-cü ildə bu xidmət “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.