Ən sürətli internet hansı ölkədədir?

 21:45 24.02.2020     2987

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

Redaktor.az xəbər verir ki, reytinqdə ilk yeri Tayvan tutub.

Sonrakı 4-lükdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən