Bu 12 proqramda virus tapıldı - Təcili silin / SİYAHI

 12:22 27.02.2020     2575

Fərqli 12 Android tətbiqində zərərli proqram tapılıb.

Redaktor.az bildirir ki, “Check Point” adlı kibertəhlükəsizlik şirkətinin “Play Store”da etdiyi araşdırmada 2 zərərli proqrama malik tətbiqlər tapılıb və onlardan biri də Joker virusudur.

“Check Point”ə görə Joker zərərli tətbiqi keçən ay “Play Store”a sızdırılıb və 24 tətbiqə inteqrasiya edilib. İndi isə yenə 12 Android tətbiqində Joker aşkarlanıb.

Həmən tətbiqlərin adlarını təqdim edirik:

Kids coloring

Compass

qrcode

Fruits coloring book

Soccer coloring book

Fruit jump tower

Ball number shooter

Inongdan

Reyflow Phote

Mely Wpaper

Landscape Camera Plus

Vail SMS Plus

Bildirilir ki, bu tətbiqləri yükləmisinizsə təcili şəkildə silin. Qısa zaman ərzində bu tətbiqlərin “Play Store”dən silinəcəyi qeyd edilib.