Kosmosa səyahət üçün 8 mindən çox şəxs müraciət etdi

 08:11 04.03.2020     2179

Kosmos səyahəti üçün 8 minə yaxın şəxs qeydiyyatdan keçib. "Virgin Galactic" şirkətindən bilet satışlarına yenidən başlanılacağı bildirilib.

Redaktor.az məlumat verir ki, şirkətin açıqlamasında müraciətlərə bu gündən yenidən start verildiyi vurğulanıb. Bildirilib ki, insanlar səyahət üçün 1000 dollar qarşılığında onlayn müraciət edə bilərlər. İki saata qədər davam edəcək kosmos səyahəti üçün oturacaqların 250 min dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı deyilib.

Şirkətin rəhbəri Stefen Attenborough daha 2 kosmik gəminin istehsalının sürətlə davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, 800 kilometrə qədər yüksəkliyə uçmaq planlaşdırılır.

Qeyd edək ki, bu məsafə Beynəlxalq Kosmik stansiyanın fəth etdiyi maksimal yüksəklikdən 2 dəfə çoxdur.