Kosmosda bir gün gecələmək neçəyə başa gəlir?

 01:25 09.03.2020     2187

NASA Beynəlxalq Kosmik Stansiyanı özəl şirkətləri nəzərə alaraq kommersiya məqsədilə də istifadə edəcəyini vurğulayıb. Çoxlarının "Kosmos oteli" adlandırdıqları Kosmik Stansiyanın qiymətləri bəlli olub.

Redaktor.az bildirir ki, Beynəlxalq Kosmik Stansiyada bir gün gecələmək üçün 35 min dollar pul tələb olunacaq.

Hələ rəsmi açıqlama verilməsə də, Business Insiderin araşdırmasına görə, "Kosmos oteli"nə ilk turistlərin 2024-cü ildə gəlməsi planlaşdırılır.

NASA-dan verilən açıqlamada isə bildirlib ki, "Kosmos oteli"nin inşası üçün ABŞ-ın Kosmik avadanlıqlar istehsal edən Axiom Space şirkəti seçilib. NASA-nın bu məqsədlə şirkətlə beşillik əməkdaşlığa imza atacağı deyilib.

Qeyd edək ki, NASA Rusiya Federal Kosmik Agentliyi, Yaponiya Kosmik Araşdırma Agentliyi, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin ortaq işi olan layihədə 6 nəfərlik heyət növbə ilə çalışır. // Ted.az