Avropa Birliyi kiberordu yaratdı

 02:02 11.03.2020     2530

Avropa Birliyinin 6 ölkəsi kibernetik ordu yaradıb.

Redaktor.az bildirir ki, Estoniya, Polşa, Xorvatiya, Hollandiya, Rumıniya və Litva ortaq Kibernetik Qüvvələrin yaradılması haqqında memorandum imzalayıb.

Sənədə əsasən, kibernetik ordu  kiber dünyanı izləyərək kiberhücumlara tez reaksiya verəcək. Yeni ordu təhlil aparan hərbi və mülki mütəxəssisləri ehtiva edən beynəlxalq qrupdan ibarətdir.

Qeyd edək ki, kibernetik orduya nərazət edən ölkə olaraq Litva seçilib. Lider ölkə rotasiya prinsipinə görə dəyişəcək. Avropa Birliyinin digər yeddi ölkəsi təşəbbüsə müşahidəçi qismində qoşulub - Belçika, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Sloveniya və Finlandiya.