Koronavirus smartfonun ekranında bir həftə yaşaya bilər

 06:08 18.03.2020     2421

Koronavirusun lazımınca dezinfeksiya olunmamış smartfonun ekranında bir həftə yaşaya biləcəyi açıqlanıb.

Redaktor.az bildirir ki, Southampton Universitetinin professoru Uilyam Kivill yalnız əlləri yumaqla virusun yayılmasının dayandırılmayacağını qeyd edib: "Əllərinizi yuyandan sonra telefonun ekranına, sonra da üzünüzə toxunursunuzsa, yoluxmaq ehtimalınız xeyli artmış olur".

Həmçinin Vaterloo Universitetinin professoru Piter Holl da smartfonu mikroorganizmlər yetişdirildiyi Petri nimçələrilə müqayisə edərək istifadəçiləri gündə iki dəfə telefon ekranını təmizləməyə çağırıb.

Səhiyyə ekspertlərinə görə, virusdan qorunmaq üçün spirtli salfetlər daha səmərəlidir.

"Discout"a görə, insan gündə orta hesabla 2 660 dəfə telefonunu götürür. Belə ki, öskürək, asqırmaq, hətta adi tənəffüs nəticəsində islanmış ixtiyari əşya potensial olaraq təhlükə mənbəyinə çevrilə bilər.