"BMW" istehsalı dayandırır

 14:29 18.03.2020     2537

Almaniyanın aparıcı avtomobil istehsalçısı "BMW" koronavirusun yayılması ilə əlaqədar Avropadakı zavodlarının işini 4 həftəlik dayandıracaq.

Şirkətin rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı müəssisələrlə yanaşı, Cənubi Afrikadakı “Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır. 

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Volkswagen”, “Audi” və “Daimler” kimi avtomobil istehsalçıları da Avropadakı zavodlarında işi dayandırmışdı. // Report