"Facebook" yüzlərlə hesabı sildi

 05:05 20.03.2020     2572

"Facebook" ABŞ əleyhinə fəaliyyət göstərən Rusiyaya məxsus 203 səhifəsini silib.

Redaktor.az bildirir ki, "Facebook" rəsmilərinin verdiyi açıqlamada Rusiyadan idarə edildiyi sübut olunan 49 profil, 69 səhifə və 85 "Instagram" hesabının silindiyi təsdiqlənib.

Sosial şəbəkə hesablarının ABŞ siyasətinə dair zarafatlar, ABŞ polisinin şiddəti və ədalətsizliyi ilə bağlı paylaşımlar etdiyi bildirilib.

"Facebook" silinən hesabların bu tip paylaşımlarını rəsmi səhifəsində də yerləşdirib.