"Facebook", "Instagram" və "WhatsApp"-da problemlər yarandı

 23:51 20.03.2020     2648

"Facebook" və "Instagram" sosial şəbəkələrinin, həmçinin "WhatsApp" messencerinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur.

Redaktor.az bildirir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən ""Downdetector" xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ABŞ-ın şərq sahillərinin vaxtı ilə saat 14:48-də müşahidə olunmağa başlayıb. Ən çox şikayətlər ABŞ (xüsusən Florida ştatında), eləcə də Mərkəzi Amerikada yaşayan istifadəçilərdən gəlir.

Avropalı istifadəçiləri də bəzi nasazlıqlar barədə bildirirlər. // Trend