“Whatsapp” mesajlara QADAĞA QOYUR — Koronavirusa görə

 17:26 07.04.2020     2561

“Whatsapp” proqramı istifadəçilərə koronavirus haqqında dəfələrlə mesaj göndərməyi qadağan edib.

Redaktor.az xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, bu cür mesajlar istifadəçiyə yalnız bir dəfə göndərilə bilər.

Məlumatda qeyd olunur ki, koronavirusun yayılması fonunda istifadəçilər messencerdən infeksiyaya qarşı mübarizə aparan tibb işçilərinə dəstək kampaniyaları təşkil etməyə başlayıb. Buna görə göndərilən mesajların sayı artıb. Şirkətin saytında vurğulandığı kimi bəzi istifadəçilər, bu cür xəbərlərin dezinformasiya olduğuna görə, çox narahat olduqlarını bildiriblər.

“ “WhatsApp” fərdi ünsiyyət üçün nəzərdə tutulduğu üçün bu cür mesajların yayılmasının qarşısını almalıyıq”,- deyə məlumatda qeyd olunur. //Ölkə.az