“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim edib

 14:37 08.04.2020     2751

“Facebook”un strukturuna daxil olan “NPE Team” sevgili cütlüklər üçün yeni “Tuned” tətbiqini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu platforma sadəcə sevgililər üçündür - 2 nəfərlikdir.

Tətbiqdə xüsusi stiker və smayllar olan messencer mövcuddur. Profili “Spotify”a bağlasanız, öz yarınızla sevdiyiniz trekləri paylaşa bilərsiniz.

Bildirilib ki, tətbiq pulsuz olacaq və bu sosial şəbəkədən istifadə etmək üçün “Facebook” akkauntunun olması vacib deyil.

Qeyd edək ki, “Tuned”u hələlik yalnız “App Store”dan endirmək mümkündür. //Report.az