DİQQƏT: Bu proqramı dərhal telefonunuzdan silin - Pulunuz oğurlana bilər...

 16:17 08.04.2020     2971

Son günlər "Zoom" tətbiqi ilə bağlı xəbərlər diqqət mərkəzindədir. 

Redaktor.az xəbər verir ki, bir çox şəxslər bu tətbiqi yüklədikdən sonra bank kartlarında pul oğurlandığını deyirlər. Bu baxımdan tətbiqi telefondan silənlərin sayı artmaqdadır.

"Zoom" hesabını necə silmək olar?

Girişdən sonra parametrlərdəki “Hesab idarəolunması” bölümünə daxil olun. Burada "Hesabımı bağla" seçimini tapa bilərsiniz. Bu dəyişikliyin qalıcı olduğunu və ləğv edilməyəcəyini də qeyd etmək önəmlidir. 

Ödənişli abunəliyin ləğvi

"Zoom" portalına daxil olun. “Account Management” bölməsini seçin. Daha sonra “Current Plans” seçiminə tıklayın. Avtomatik yeniləməni dayandırmaq üçün abunəliyi ləğv edin. “Cancel Subscription”-u seçərək istəyinizi təsdiqləyin. Abunəliyinizi niyə yeniləmək istəmədiyinizi seçin. Bitirdikdən sonra “Submit”i vurun.

Qeyd edək ki, "Zoom" tətbiqi koronavirus epidemiyasından sonra evdə video konfrans təşkil etmək istəyənlər sayəsində məşhurlaşıb. 

Orxan İsmayıl / Redaktor.az