"Azərkosmos" yeni layihəyə start verib

 19:14 09.04.2020     3089

“Azərkosmos” ASC 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib.

Redaktor.az-ın məlumata görə, layihədə iştirak ödənişsizdir.

Layihənin əsas məqsədi “Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.