TƏHLÜKƏ: Şəxsiyyət vəsiqənizi heç kimə göndərməyin! - 190 MANAT ÜÇÜN...

 16:59 10.04.2020     4465

"Hər hansı şəxsi məlumatın internet üzərindən messenger, elektron poçt vasitəsilə göndərilməsi düzgün deyil. Bu həm bank kartlarına, həm də şəxsiyyət vəsiqəsinə aiddir. Nəzərə alsaq ki, dünya artıq elektronlaşır və Azərbaycan da bu sıraya qoşulub, bu məsələlərə ciddi yanaşmaq lazımdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib. O bildirib ki, şəxsi məlumatların başqalarının əlinə keçməsi müxtəlif problemlər yarada bilər:

Xəbərlər.az

"Şəxsi informasiyaların digər insanların əlinə keçməsi sizə bu gün problem yaratmaya bilər, hansısa işlər həll edə bilərsiniz. Lakin sabah bunun fəsadları ortaya çıxacaq. Çünki, şəxsiyyət vəsiqəsinin FİN kodu, seriya nömrəsi kiber cinayətkarların əlinə keçdiyi halda, sizin adınızdan müxtəlif yerlərdən qeydiyyatdan keçə bilərlər. Şəxsi informasiyalarınızdan istifadə edə bilərlər. Ona görə də şəxsi məlumatların göndərilməsi düzgün deyil. İnsanlar öz şəxsi təhlükəsziliyini həm də özləri qorumalıdır".

Sevda Ulutau / Redaktor.az