”Instagram”dan canlı yayımlarla bağlı vacib YENİLİK

 15:19 13.04.2020     3273

“Instagram”ın canlı video yayımlamaq funksiyası bütün dünyada bir trendə çevrilib.

Redaktor.az xəbər verir ki, əvvəllər yayımları yalnız mobil tətbiqetmə vasitəsilə izləmək mümkün idisə, artıq bunu kompüterlə də etmək mümkün olacaq.

Mobil versiyada canlı video yayımlanan zaman şərhlər videonun altındakı şəffaf pəncərədən yuxarıya doğru hərəkət edir. Birdən çox insanla canlı yayım edirsinizsə, şərhlər ekrandakı insanın tam görünməsinə və eyni zamanda videoya və söhbətə diqqət yetirməyə mane olur.

Veb interfeysində isə artıq şərhlər videodan ayrı yan pəncərədə görünür və belədə yayımı izləmək və şərhləri oxumaq daha da asanlaşır. //Qazet.az