“WhatsApp”da koronavirusa görə yeni funksiya

 23:28 28.04.2020     2566

WhatsApp  proramı koronavirus pandemiyası ilə əlaqədar yeni funksiyasını işə salıb. 

Redaktor.az-ın məlumatına görə, proqramda qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb. Bundan sonra qrupa dörd deyil, səkkiz nəfər qoşula bilər.

Bu funksiyanın aktivləşməsi üçün proqramı yeniləmək lazımdır.

Proqramın yaradıcıları yeniliyi koronavirus pandemiyasına görə insanların onlayn danışıqlara olan ehtiyacı ilə əlaqələndiriblər. //Oxu.az