Smartfon bazarı çöküb - Səbəbi isə...

 09:59 02.05.2020     2581

Smartfon bazarında tarixin ən böyük tənəzzülü müşahidə edilib.

Redaktor.az xəbər verir ki, bu məlumatı “Canalys” şirkəti yayıb.

Məlumata görə, tənəzzülə səbəb koronavirus pandemiyası olub. Çindən smartfon tədarükünün ilin ilk rübündə 18-27% azaldığı bildirilib. Bununla bərabər smartfon bazarında ən çox “Samsunq” və “Huavey”in zərər çəkdiyi açıqlanıb.

Yaranan böhrandan ən az geriləmə ilə "Apple” çıxıb. //Axar.az