"Microsoft" MSN saytında işləyən jurnalistləri robotlarla əvəz edəcək

 05:27 31.05.2020     2611

"Microsoft" şirkəti MSN korporasiyasının portalında işləyən onlarla jurnalisti robotlarla əvəz etmək niyyətindədir.

Redaktor.az-ın məlumatına görə, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirilməsi üçün xəbərləri seçəcəklər.

Bildirilir ki, hazırda xəbərlərin başlıqları və mövzular jurnalistlər tərəfindən seçilir.

"Seattle Times" qeyd edir ki, iyun ayının sonuna qədər təxminən 50 nəfər jurnalist işini itirəcək.