“iPhone 13” belə olacaq - VİDEO

 07:42 06.06.2020     6836

“Apple” şirkətinin seriyalı məhsulu olan “iPhone”un 13-cü versiyası mətbuata sızıb.

Redaktor.az xəbər verir ki, 12-ci modeli təqdim edilməyən smartfonun 13-cü versiyasına aid video yayımlanıb.

“Macotakara” saytının dərc etdiyi videoda konsept dizaynı göstərilən modelin 3D maketi təqdim olunub. Videoda ən diqqətçəkən məqam “iPhone”un qarışıq dizayndan imtina etməsi olub. Modelin arxa hissəsində 5 nöqtə görünür. Bu nöqtələrdən 4-nün kamera, digərinin sensor ola biləcəyi düşünülür.