Elektriklə işləyən təyyarə ilk dəfə uçuş keçirəcək

 12:16 12.06.2020     1636

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ilk dəfə “Pipistrel Aircraft” tərəfindən hazırlanmış tam elektrikli təyyarəyə uçuş lisenziyası verdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, agentliyin direktoru Patrik Ki, ilk dəfə elektrikli təyyarənin uçuşuna icazə verdiklərini, amma bunun son olmayacağını qeyd edib. 

Sloveniyalı Velis Elektronun istehsal etdiyi iki nəfərlik təyyarə, pilot təlimində istifadə ediləcək.

EASA, elektrikli mühərriki  (E-811-268MVLC) daşıyan təyyarənin mayın 18-dən Avropa səmasında uçuşuna icazə verildiyini bildirib.

Sevda Ulutau / Redaktor.az