"WhatsApp"da yeni funksiya olacaq

 21:37 12.06.2020     1760

"WhatsApp" proqramının yaradıcıları çatdakı ismarıcları tarixinə görə tez tapan yeni funksiyanın sınaqlarını keçirirlər.

Redaktor.az xəbər verir ki, adıçəkilən messencerdə artıq ismarıcı axtarış funksiyası olsa da, hər hansı postu göndərilmə və ya qəbul tarixinə görə tapmaq çətinlik yaradır.

Yeni funksiyada isə lazımi postu tapmaq üçün axtarış rejimində müvafiq tarix işarəsini basmaq kifayət olacaq.