AZAL Budapeştdən Bakıya çarter reysi edib - FOTO

 09:45 18.07.2020     1420

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

Bu barədə Redaktor.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

2222