Türkiyəyə aviabiletlər 70 faizdən çox bahalaşıb

 15:40 25.07.2020     1375

Bu il Rusiyadan Türkiyəyə aviabiletlərin qiymətləri ötən illə müqayisədə 70%-dən çox artıb.

Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri “tutu.ru” səfərlər və səyahətlər xidmət mərkəzinin təhlilinə istinadən yazıb. 

Məlumata görə, avqustun 1-dən sonra Moskva-Antalya aviareysi üçün ən ucuz bilet rusiyalılara 10 min 189 rubla (142,2 ABŞ dolları) başa gələcək. Baxmayaraq ki, 2019-cu ildə analoji uçuşun qiyməti 3827 rubl (53,4 ABŞ dolları) təşkil edirdi.

Moskvadan İstanbula uçuş isə ən azı 7632 rubla (106,5 dollar) başa gələcək. Halbuki, bir il öncə bu bileti 5135 rubla (71,7 ABŞ dolları) almaq mümkün idi. //Report.az