Səyahət məhdudiyyəti aradan qaldırır - Bu ölkələr üçün

 20:10 08.08.2020     1855

Avropa İttifaqı Şurası 10 ölkənin vətəndaşları üçün səyahət məhdudiyyətinin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, Avstraliya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis, Uruqvay və Yaponiyadan gələn turistlər Avropa İttifaqına daxil ola bilərlər.

Qeyd olunur ki, Çin Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərini açdıqdan sonra Çin vətəndaşları da Avropa İttifaqına daxil ola biləcəklər. //Azərtac