Gürcüstanın turizm gəlirləri 78 faiz azalıb

 01:15 12.09.2020     2131

Cari ilin 8 ayında Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 78 faiz azalıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən məlumat verilib.

Turizm sahəsindəki itkilərin həcmi 1,8 milyard ABŞ dollarına yaxındır.

Qeyd olunub ki, koronavirus pandemiyası ölkə iqtisadiyyatının ən çox turizm sektoruna ziyan vurub. //AzərTac