Koronavirusun çökdürdüyü turizm - RESTORANLAR BAĞLI, OTELLƏR BOŞDUR...

 11:58 25.12.2020     698

"Mart ayından başlayan pandemiya səbəbindən turizm sahəsi də durğunluq yaşanır. Bu vaxta kimi həm sərhədlərin, həm də regionlar arası gediş-gəlişin bağlı olması turizm şirkətlərini çətin duruma salıb. Bu sahədə yeniliklər edilmədi, ən çox ziyan dəymiş sahələrdən biri məhz turizmdir".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Asossiyasının sədri Əhməd Qurbanov deyib. O bildirib ki, bu sektorun yenidən əvvəlki halına gəlməsi üçün pandemiyanın yekunlaşması vacibdir:

"Turizm spesifik sahə olduğu üçün daim inkişaf etməlidir. Pandemiyadan sonra da yeni turizm növlərinin tətbiqinə ehtiyac var. Düşünürəm ki, hazırda marketinq işləri ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Turizm şirkətləri gələcək yönümlü planlar, marşrut xətlərini hazır etməlidirlər. İşğaldan azad olunan ərazilərin də turizm potensialını aydın şəkildə görürük və gələcəkdə bu potensialdan istifadə etmək üçün indidən layihələr işləmək lazımdır".

Şəfəq Samed \ Redaktor.az