Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır

 22:17 20.03.2021     681

Monteneqro rəhbərliyi sərhədlərini bağlamağı planlaşdırmır və aktiv şəkildə turizm mövsümünə hazırlaşır.

Redaktor.az-ın məlumatına görə, bunu Monteneqro iqtisadi İnkişaf nazirliyinin turizm üzrə dövlət katibi İvana Djuroviç deyib.

O bildirib: "Hazırda sərhədlərin bağlanacağını gözləmirik, turizm mövsümünə hazırlaşırıq. Peyvəndləmə prosesi intensivləşir və sərhədləri bağlamaq barədə düşünməyə əsasımız yoxdur".

İ.Djuroviçin sözlərinə görə, hökumət epidemioloji vəziyyətin yaxşılaşacağına əmindir. //Trend.az