“Lufthansa” Azərbaycana aviareysləri bərpa edəcək

 22:10 21.03.2021     709

“Lufthansa” hava yolları şirkəti Frankfurt-Tbilisi-Bakı müntəzəm marşrutu üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Məlumata əsasən, təyyarə reyslərinin iyun ayının 1-dən etibarən həyata keçiriləcəyi gözlənililir. Uçuşların həftənin çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günlərinə təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, ölkəmizdə karantin məhz iyunun 1-dək uzadılıb.