Samaradan Bakıya müntəzəm uçuşlar başlayır

 16:44 14.05.2021     1848

Rusiyanın İrkutsk şəhərində yerləşən “IrAero” aviaşirkəti mayın 19-dan etibarən Samara-Bakı reysi ilə müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.

Redaktor.az bildirir ki, bu barədə “İnterfaks” xəbər yayıb.

Məlumata görə, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günləri “SuperJet 100” təyyarəsi ilə həyata keçiriləcək. //Oxu.az