Çelyabinskdən Bakıya birbaşa aviareyslər bərpa olunur

 03:08 16.05.2021     2499

Yaxın zamanlarda Rusiyanın Çelyabinsk vilayətinin hava limanlarından beynəlxalq uçuşlar bərpa olunacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə qərar koronavirusun yayılması üzrə operativ qərargah tərəfindən qəbul edilib.

Mayın 25-dən etibarən Rusiya bir çox ölkələrlə, o cümlədən də Azərbaycanla mütəmadi hava əlaqəsini bərpa edəcək. Artıq Çelyabinsk-Bakı-Çelyabinsk müntəzəm xətti üzrə marşrut razılaşdırılıb.  //Oxu.az