Dağıstandan Bakıya aviareyslər açılır

 11:30 20.06.2021     9244

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqaladan Bakıya reyslər həyata keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.

Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVİD-19 testinin cavabını təqdim etməlidirlər. //Axar.az