Gürcüstana səyahət etmək istəyənlərin nəzərinə!

 12:44 03.07.2021     11874

Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - "Buta Airways" şirkətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək. //Report.az