Daha bir ölkədən uçuşlar bərpa olunur - Azərbaycan

 22:04 05.07.2021     13795

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" büdcə aviaşirkəti Azərbaycana uçuşları bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Uçuşlar iyulun 15-dən etibarən həftədə iki dəfə (cümə axşamı və bazar günləri) olacaq.

Əbu-Dabidən uçuş 11:50-də baş tutacaq, Bakıya təyyarə 14:55-də çatacaq. Bakıdan 16:15-də çıxan təyyarə isə Əbu-Dabidə 19:15-də eniş edəcək. //Axar.az.