Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir

 17:50 07.07.2021     14940

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib. //Trend.az