Jukovski-Bakı reysində problem yaranıb

 20:18 06.08.2021     16126

Jukovski hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.

Aviaşirkətdən Redaktor.az-a verilən məlumata görə, reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər. //Oxu.az