Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb

 01:20 24.08.2021     20876

Bu ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

Redaktor.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.

Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Qeyd edək ki, Türkiyəni ən çox Rusiyadan (1,55 milyon nəfər), Almaniyadan (1,26 milyon nəfər) və Ukraynadan (1,12 milyon nəfər) olan turistlər ziyarət edirlər.