Krasnoyarskdan Bakıya birbaşa aviareys açılacaq

Bu ilin noyabr ayından etibarən Krasnoyarskdan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək. Uçuş müddəti 5 saat 30 dəqiqə təşkil edəcək.
Redaktor.az xəbər verir ki, Krasnoyarsk hava daşıyıcısı payız cədvəlində Krasnoyarskdakı hava limanından dörd yeni istiqamət elan edib. Uçuşlar yaxın xaricə - Bakıya (Azərbaycan) və Fərqanəyə (Özbəkistan), eləcə də Tümen və Novosibirskə həyata keçiriləcək. //APA