Permdən Bakıya loukoster uçuşları təxirə salınıb

Rusiyanın "Nordwind" loukoster aviaşirkəti Perm şəhərindən Bakıya birbaşa aviareyslərin açılışını oktyabrın 6-dək təxirə salıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Perm hava limanının uçuş cədvəlində deyilir.
Aviaşirkıət Permdən Bakıya uçuşları avqustun 18-dən etibarən işə salmağa planlaşdırırdı.
Qeyd edək ki, bu şəhərdən Bakıya "Uralskiye avialinii" şirkəti həftədə bir dəfə, cümə axşamı günləri həyata keçirir. //Trend