Sabahdan bu şəxslər otellərə buraxılmayacaq

 20:55 31.08.2021     23393

Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər otellərə buraxılmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”a turizm sektorunun nümayəndələri məlumat verib.

Bildirilir ki, otellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin. Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa, onlara sentyabrın 6-dək otelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib.

Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) yaxın saatlarda açıqlama yayacağı gözlənilir.