Gürcüstan rəsmisi: “Azərbaycan ölkəmizdə turizmin inkişafına töhfə verib”

 14:57 06.09.2021     24950

“Koronavirus (COVID-19) pandemiyası səbəbindən iki qonşu ölkəmiz – Rusiya və Azərbaycanın quru sərhədləri daxili tənzimləmələrə görə hələ də bağlıdır. Uzun illər ərzində bu iki ölkə Gürcüstanın turizm sektorunun inkişafına böyük töhfə verib”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili turizm və mülki aviasiya sektorunun nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, Gürcüstan bu ilin ilk səkkiz ayında milyon nəfərdən çox beynəlxalq ziyarətçi qəbul edib: “Turizmin inkişafı ilə bağlı yaxşı dinamika var. Yanvar-avqustda turizmdən əldə olunan gəlirin həcmi 505 milyon laridən çox olub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 18% çoxdur”. //Report