AZAL bu istiqamətdə səyahət edən sərnişinlərə müraciət etdi

 18:00 16.07.2022     6549

Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.

AZAL-dan Redaktor.az-a bildirilib ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin “[email protected]” ünvanına müraciət edə bilərlər.