Özbəkistanda Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib - FOTO

 18:18 28.10.2022     6922

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və “Prestige Travel” şirkətinin təşkilatçılığı ilə Daşkənddəki “Wyndham” otelində Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə çoxsaylı qonaqlar, turizm şirkətlərinin, müxtəlif otel və sanatoriyaların təmsilçiləri, jurnalistlər iştirak ediblər.

İlk öncə “Odlar yurduna səyahət” adlı foto-sərgi və milli mədəniyyətimizə dair suvenirlərin sərgisi iştirakçılara təqdim olunub. Sərgidə Azərbaycan təbiəti və turizm imkanlarına dair şəkillər yer alıb.

İlk öncə Azərbaycandan fəaliyyət göstərən “Prestige Travel” şirkətinin direktoru Səbinə Məmmədova Azərbaycanın turizm imkanlarına dair məruzə ilə çıxış edib. O, öz çıxışında son illər Özbək turistlərin ölkəmizə marağının artması, iki ölkə arasında hava əlaqəsinin çoxalması, Bakıdan Daşkəndə reyslərin artırılması ilə yanaşı, tarixi Səmərqənd şəhərinə də reyslərinin açılmasını turizmin inkişafına öz təsirini göstərdiyini bildirib.

Səbinə Məmmədova keçirilən təqdimat mərasiminin  əsas məqsədi Özbək turizm həvəskarlarını Azərbaycanın turizm imkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı istirahət mərkəzləri ilə tanış etməkdir. O, Azərbaycanın regionlarda Naftalan, Lənkəran, Şəki və Qusardakı Şahdağ kimi istirahət-turizm kompleksləri, onlarda yaradılan şərait və  imkanlara dair fikirlərini bölüşüb, Özbəkistan vətəndaşları üçün  Azərbaycanın maraqlı turizm marşurutu olduğunu bildirib.  

Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya Mərkəzinin müdiri Kifayət Pirməmmədova Odlar yurdu Azərbaycan adlı təqdimatı ilə çıxış etmiş, ölkəmizin təkrarsız təbiəti, mədəniyyəti, mətbəxi, zəngin turizm imkanları barədə məruzə ilə çıxış edib.  

Məruzələr zamanı Azərbaycanın turizm imkanlarına dair video təqdimat iştirakçılara nümayiş etdirib.

Digər natiqlər  Özbəkistanda “Prestige Travel” şirkətin şöbə müdiri Sayora İmanova, “Fly Khiva” şirkətinin nümayəndəsi Aziz Xocayev Azərbaycan-Özbəkistan dostluq əlaqələri, Azərbaycanın iqlimi, təbiəti, abidələri və ölkəmizi səyahət etməyin üstünlüklərindan danışıblar.

Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin “Əməkdar artist Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

22222