Moskva-Gəncə reysi açılır

 15:30 10.02.2023     10196

Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə “Aeroflot”un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar martın 5-dən həftədə bir dəfə, bazar günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Moskva vaxtı ilə 11:00-da Rusiya paytaxtından yola düşən təyyarə yerli vaxtla saat 15:55-də Gəncəyə enəcək. Elə həmin gün təyyarə 17:15-də Gəncədən Moskvaya qayıdacaq.

Qeyd edək ki, “Aeroflot” hazırda Moskva, Sankt-Peterburq və Soçidən Bakıya uçuşlar həyata keçirir.

T.İSMAYIL