Formula 1 ərəfəsində otellər 90 faiz dolmuşdu - Ekspert

 15:28 04.05.2023     318

Artıq Azərbaycanda Formula 1 yarışları bir neçə ildir ki, təşkil olunur. Yarış səbəbilə yollarda yaranan problem aktual mövzu olsa da, bu yarışın turizm sektoruna bir neçə müsbət təsiri də olur. Belə ki, Formula 1 ərəfəsində turistlər otel və restoranlara axın edirlər.

Bəs, Formula 1 günlərində otel və restoranların qazandıqları iqtisadiyyata necə təsir göstərir?

Turizm eksperti Ceyhun Aşurov bununla bağlı Redaktor.az-a danışıb.

O, bildirdi ki, ölkəmizdə keçirilən yarışmalar bəzi sektorlara öz müsbət təsirini göstərib:

"Formula 1 oyunları növbəti dəfə Bakıda baş tutdu. Deyə bilərik ki, budəfəki yarışmanın ən aktivini izlədik. Satışa çıxarılan biletlərin 80-90 faizi əcnəbilər tərəfindən alınmışdı. Bu da birbaşa ölkəyə tursit axınına səbəb oldu. Bunu da Bakı otellərinin doluluğunda hiss etdik. Otellərin çoxunda aylar əvvəlldən rezervasiyalar olunmuşdu. Formula 1 bu səbəbdən Azərbaycan turizminə təkan vermiş oldu. Azərbaycanın turizm potensialı olan ölkə kimi tanınmağa başlayır".

Ekspert vurğuladı ki, Formula 1 ərəfəsində yollarda sıxlığın olmağı danılmaz faktdır:

"Amma dövlət çalışır ki, maksimum bu sıxlığı aradan qaldırsın. Formulaya qədər otellərdə olan doluluq səviyyəsi 40 faiz idisə, Formula 1 ərəfəsində Bakı otellərinin doluluq səviyyəsi 90 faiz idi. Bu həm gəlir, həm də ölkəyə valyuta axınını deməkdir. İqtisadiyyata qısa müddət müsbət təsir edir".

Humay İSGƏNDƏRLİ