Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırdı
![](https://img.redaktor.az/news/2023/08/photo_214098.jpg)
Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, “İrAero” aviaşirkəti avqustun 31-dən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.
Belə ki, aviaşirkətin təyyarələri Azərbaycanın paytaxtına cümə axşamı və bazar günləri uçuşlar həyata keçirəcək.
Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də, bazar günləri saat 09:10-da Bakı istiqamətində havaya qalxacaq.