Bu ölkə Avropada ən yüksək turist vergisini tətbiq EDƏCƏK
![](https://img.redaktor.az/news/2023/09/photo_217587.jpg?v=MTc6MTgyMDIzLTA5LTI5IDIzOjA1OjAw)
Hollandiyanın paytaxtı Amsterdam 2024-cü ildə turist vergisini artıraraq, Avropa İttifaqında ən yüksək, dünyada isə dördüncü yerdə olacaq.
Bu barədə Redaktor.az "unian"a istinadla xəbər verir.
Şəhər hakimiyyətinin planlarına görə, gecələmələrə görə otel otağının qiyməti 12,5%-ə qədər artacaq.
Onlar həmçinin gəmilərin sərnişinləri üçün turist vergisini artırmağı planlaşdırırlar. Yeni tariflərə görə, onlar indi adambaşına 8 avro əvəzinə 11 avro ödəməli olacaqlar.
Yusif EYVAZLI