AZAL İstanbul reysləri üzrə xüsusi təklif təqdim EDİR

 11:07 10.10.2023     462

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir.

Bu barədə Redaktor.az-a AZAL-dan bildirilib.

Əlverişli qiymətlərlə aviabiletləri bu gündən başlayaraq oktyabrın 19-na qədər əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletlərin qiyməti 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə biletlərin qiyməti isə 226 dollardan başlayır.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.